Yığmamız Avropa çempionatında son görüşünü keçirəcək - Yenilənir

Yığmamız Avropa çempionatında son görüşünü keçirəcək - Yenilənir

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avro-2027-nin seçmə mərhələsində son oyununu keçirəcək.

"Mediasport" xəbər verir ki, Rəşad Eyubovun baş məşçqisi olduğu komandamız 10-cu tur çərçivəsində Bakıda Cəbəllütariq yığmasını qəbul edəcək.

"Əlincə Arena"da baş tutacaq B qrupunun görüşü saat 17:45-də start götürəcək.

Qarşılaşmanı lüksemburqlu Yasmin Sabotiç idarə edəcək.

Qeyd edək ki, U-21 9 turdan sonra 7 xalla qrupda 5-ci pillədə qərarlaşıb və pley-off şanslarını itirib. Portuqaliya millisi 22 xalla liderdir.