"İmişli" baş məşqçisi ilə vidalaşdı
"İmişli" baş məşqçisi Jorj Kaşkilya ilə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi portuqaliyalı çalışdırıcının başa çatan müqaviləni yeniləməyib.
Əyalət təmsilçiləri Kaşkilyanın köməkçiləri - Kriştianu de Souza və Gilyerme Kadete ilə də vidalaşıb.
Xatırladaq ki, "İmişli" 2025/2026 mövsümünü Premyer Liqada 34 xalla 9-cu pillədə başa vurub.


