"Mingəçevir" və "Cəbrayıl" turnir cədvəlində yerini yaxşılaşdırdı

"Mingəçevir" və "Cəbrayıl" turnir cədvəlində yerini yaxşılaşdırdı

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 23-cü tur start götürüb.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.

Tura sabah yekun vurulacaq.

Qeyd edək ki, qarşıdakı turların nəticələrindən asılı olmayaraq, çempionluğu təmin etmiş "Qəbələ", həmçinin "İmişli" və "Karvan" Premyer Liqaya lisenziya qazanıblar.


Azərbaycan 1-ci Liqası. 23-cü tur


1 may (cümə axşamı)

“Cəbrayıl” – “Baku Sporting” 2:1

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Alik Yunusov

“ASCO Arena"


“Difai” – “Mingəçevir” 1:4

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov

Şamaxı OİK stadionu


2 may (cümə)

17:00. “İmişli” – “Qaradağ Lökbatan” 

Hakimlər: Emin Əliyev, Rəhman Aslanov, Zakir Şükürzadə, Sənan Bayramzadə

Heydər Əliyev adına İmişli şəhər stadionu


17:00. “Zaqatala” – MOİK 

Hakimlər: Fərid Hacıyev, Teymur Teymurov, Anar Bədəlov, Əkbər Əhmədov

Zaqatala OİK stadionu


17:00. “Karvan” – “Qəbələ” 

Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Samir Qaracayev, Niyaz Əhmədov

Yevlax şəhər stadionu