"Qəbələ"dən darmadağın, "İmişli" fərqi azaltdı, "Karvan" xal itirdi

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 15-ci tur start götürüb.
"Mediasport" xəbər verir ki, ilk oyun günündə üç matç keçirilib.
Lider "Qəbələ" MOİK-i darmadağın edərək zirvədə yerini möhkəmləndirib, ən yaxın izləyicisi "Karvan" xal itirib, "İmişli" isə fərqi azaldıb.
Tura sabah iki görüşlə yekun vurulacaq.
Azərbaycan 1-ci Liqası. 15-ci tur
“Cəbrayıl” - “Karvan” 1:1
Hakimlər: İslam Məmmədov, Vüqar Bayramov, Orxan İbişov, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Nəriman Axundov
“ASCO Arena”, 14:00
MOİK - “Qəbələ” 0:4
Hakimlər: Səbuhi Bayramov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Alik Yunusov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elman Musayev
Binə qəsəbə stadionu, 14:00
“İmişli” - “Zaqatala” 1:0
Hakimlər: Emin Əliyev, Sənan Atayev, Rəhman Aslanov, Niyaz Əhmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00
20 fevral (cümə axşamı)
“Baku Sporting” – “Mingəçevir”
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Elman Kərimov, Vüqar Həsənli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Binə qəsəbə stadionu, 13:30
“Difai” – “Qaradağ Lökbatan”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Ruslan Quliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Şamaxı OİK stadionu, 14:00