"Şamaxı"nın futbolçusu "Difai"də

"Şamaxı"nın futbolçusu Nihad İsmayılov "Difai"yə keçib.
"Mediasport" xəbər verir ki, 1-ci Liqa təmsilçisi ilə müdafiəçi arasında cari mövsümün sonuna kimi müqavilə imzalanıb.
18 yaşlı Nihadın sonuncu iş yeri "Şamaxı"nın əvəzedicilərdən ibarət komandası olub.
O, karyerası ərzində "Araz-Naxçıvan" (U-16) və "Xəzər Lənkəran" (U-17) klublarının da formasını geyinib.