"Futbolçularımız buna tam hazır deyildilər" - Qurban Qurbanov

"Futbolçularımız buna tam hazır deyildilər" - Qurban Qurbanov

“Yaxşı oyun oldu. Güclü komandaya qarşı çıxış etdik. Eyni səviyyədə olan iki kollektiv üz-üzə gəldi. Nəticə də bunu göstərdi".

"Mediasport" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində ÇSKA (Bolqarıstan) ilə cavab oyunu haqda danışıb:

"Futbolçularım böyük xarakter göstərdilər. Onların oyuna yanaşmalarından çox razı qaldım. Artıq qarşıdakı matça hazırlaşacağıq. 

Maraqlı oyuna şahidlik etdik. Əvvəlcə də bildirmişdim ki, iki eyni səviyyədə olan komandalar qarşılaşacaq.

Çox söz danışmağa ehtiyac yoxdur. Sadəcə, 120 dəqiqə oyun bir az həddindən çox oldu və yorucu idi. Futbolçularımız buna tam hazır deyildilər. Konfrans Liqasının oyununa hazırlaşacağıq".

Xatırladaq ki, Ağdam klubu ÇSKA ilə hər iki oyunda 0:0 hesablı heç-heçə edib.

Rəqibə penaltilərdə uduzan "atlılar" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə qarşılaşacaqlar.