Azərbaycanlı futbolçular Albaniya Superliqasında üz-üzə - VİDEO
Futbol üzrə Albaniya Superliqanın 26-cı turun görüşləri keçirilir.
"Mediasport" xəbər verir ki, tur azərbaycanlı futbolçuların komandalarının qarşılaşması ilə əlamətdar olub.
Müdafiəçi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" Vüsal İsgəndərlinin çıxış etdiyi "Partizani" (Tirana) qəbul edib.
Görüş meydan sahiblərinin qələbəsilə yekunlaşıb - 2:0.
Zamiq 90 dəqiqə oynayıb, Vüsal meydana 88-ci dəqiqədə çıxıb.
"Eqnatiya" hazırda turnir cədvəlində 46 xalla 3-cü, "Partizani" isə 39 xalla 5-ci pillədə qərarlaşıb.
