Səfirlik "Zirə"nin futbolçusuna viza vermədi - YENİ PROBLEM

Səfirlik "Zirə"nin futbolçusuna viza vermədi - YENİ PROBLEM

"Zirə" UEFA Avropa Konfrans Liqasında II təsnifat mərhələsinin cavab oyunu üçün Xorvatiyaya itkilərlə yollanacaq.

"Mediasport" xəbər verir ki, Rəşad Sadıqovun komandasında "Hayduk"la matçda 3 futbolçunun meydana çıxmayacağı dəqiq idi.

Bunlar ilk oyunda zədələnən Brahim Konate, daha əvvəldən zədəli olan Eldar Quliyev və Vensan Tildir.

Lakin "qartallar" çətin səfər öncəsi daha bir problemlə üzləşiblər.

Xorvatiya səfirliyi qəsəbə təmsilçisinin müdafiəçisi Anj Mutsinziyə viza verməyib. Buna ruandalının ölkəsinin Belçika Krallığı ilə münaqişə yaşaması səbəb göstərilib.

Xatırladaq ki, komandalar arasında cavab qarşılaşması iyulun 31-də Splitdə keçiriləcək. Bakıda baş tutan ilk dueldə 1:1 hesabı qeydə alınıb.