"Neftçi" "Kəpəz"lə görüşdə bu futbolçunu oynada bilməyəcək

"Neftçi" "Kəpəz"lə görüşdə bu futbolçunu oynada bilməyəcək

Noyabrın 6-da Azərbaycan Premyer Liqasının 11-ci – “Zəfər turu”nda “Kəpəz”lə qarşılaşacaq "Neftçi" hazırlığı başa vurub.

"Mediasport" xəbər verir ki, "ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

Komandanın heyətində sabahkı dueli bir futbolçu buraxacaq.

“Turan Tovuz”la görüşdə qırmızı vərəqə alaraq 2 matçlıq cəzalandırılmış İqor Ribeyro qarşılaşmanı kənardan izləyəcək.

“Palms Sports Arena”da keçiriləcək matç saat 20:00-da start götürəcək.