14-qat ölkə çempionu Azərbaycan klubuna 800 min ödəməyə razılaşdı

14-qat ölkə çempionu Azərbaycan klubuna 800 min ödəməyə razılaşdı

Bugünlərdə 14-cü dəfə Bolqarıstan çempionluğunu rəsmiləşdirən "Ludoqorets" "Zirə"nin futbolçusu Salifu Sumanı transfer etməyə hazırlaşır.

"Mediasport" xəbər verir ki, Razqrad təmsilçisi "qartallar"a rəsmi təklif göndərib.

Məlumata görə, bolqarlar qvineyalı vingerin klubla müqaviləsində sərbəstqalma məbləğini verməyə razı olduqlarını bildiriblər.

Suma ilə 3 illik müqavilə bağlamağı hədəfləyən "Ludoqorets" 21 yaşlı afrikalı üçün “Zirə”yə 800 min avro kompensasiya ödəməyə hazırdır.

Qeyd edək ki, Rəşad Sadıqovun komandasında 2023-cü ilin avqustundan forma geyinən futbolçunun anlaşması 2027-ci il iyunun 30-na qədərdir.

Suma ilə Ukrayna nəhəngi "Dinamo" (Kiyev) da maraqlanır.