Burundili hücumçu Azərbaycanda

 Burundili hücumçu Azərbaycanda

"Araz-Naxçıvan" növbəti transferini reallaşdırıb.

"Mediasport" xəbər verir ki, Naxçıvan təmsilçisi burundili Abdallah Sudi ilə anlaşıb.

Mərkəz hücumçusu ilə imzalanan müqavilənin müddəti 1 ildir.

O, müxtəlif illərdə "Vital O", "Kiqali", "Əl Faysali", "Muktijodda", "Əl Neft", "Kuçinq", "Əl Əttihad", PSİS klublarında çıxış edib.

Futbolçu son mövsümü İndoneziyanın "Persijap" komandasında keçirib.

Konqo Demokratik Respublikasının vətəndaşlığını da daşıyan forvard 2022-ci ildə Burundi millisinin 13 oyunda formasını geyinib və 3 qol vurub.

Sudi artıq komanda ilə birgə məşqlərə başlayıb.