15 komanda Bakıya gələcək - Yığmamızın heyəti açıqlandı

Mayın 26-27-də Bakıda 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
"Mediasport" xəbər verir ki, yarışda 16 komanda mübarizə aparacaq.
Azərbaycan yığması ilə yanaşı, Niderland, Çin, Tailand, Avstriya, Filippin, Latviya, Rumıniya, Qazaxıstan, Madaqaskar, Çili, Misir, İtaliya milliləri, həmçinin "Roma" (İtaliya), “Praqa” (Çexiya) və “Takasaki” (Yaponiya) klubları yarışacaqlar.
Oyunlar "Sea Breeze"də təşkil olunacaq. Mayın 24-25-də isə eyni məkanda Dünya Kubokunun seçmə mərhələ oyunları keçiriləcək.
Dünya Kubokunun seçmə mərhələsi üçün Azərbaycan yığmasının heyətində Aleksandra Mollenhauer, Dina Ulyanova, Arika Karter və Brianna Frezer forma geyinəcək.
B qrupunda yer alan yığmamızın rəqibləri Latviya və Misir basketbolçuları olacaqlar.