Ölkə çempionatının oyunlarına əcnəbi hakimlər gətirildi

Azərbaycan Basketbol Federasiyası liqanın pley-off və pley-inn mərhələlərinə xarici hakimlər dəvət edib.
"Mediasport" xəbər verir ki, bunlar FİBA dərəcəli Nemanya Vlahoviç (Serbiya) və Nace Mohoriçdir (Sloveniya).
ABF-dən verilən məlumata görə, bu addım həm matçların daha ədalətli keçməsi, həm də gənc yerli hakimlərin təcrübə toplamasına xidmət edir.
Qeyd edək ki, pley-in mərhələsinin ilk oyunları aprelin 10-11-də keçirilib. İkinci görüşlər ayın 13-14-də baş tutacaq.