Azərbaycan millisi Serbiyaya gedir
14 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi Serbiyaya yollanacaq.
"Mediasport" xəbər verir ki, yığma paytaxt Belqradda təlim-məşq toplanışına qatılacaq.
Hazırlıq noyabrın 18-dən 22-dək davam edəcək.
Komandanın Bedri Meriçin rəhbərliyi altında 3 yoxlama matçında qüvvəsini sınaması planlaşdırılıb.

