15 yaşlı azərbaycanlı "Qarabağ"ın əsas komandasında debüt etdi
"Qarabağ"ın əsas komandasında iki azərbaycanlı futbolçu debüt edib.
"Mediasport" xəbər verir ki, bu, Ağdam klubunun Türkiyə toplanışında reallaşıb.
15 yaşlı Əli Bəşirov və 19 yaşlı Bəhruz Qurbanlı Xorvatiyanın "Osiyek" klubuna qarşı görüşdə meydana çıxıb.
Matç təmsilçimizin 3:1 hesablı qələbəsilə yekunlaşıb.
