Azərbaycan millisinin üzvləri AİA-da azarkeşlərlə görüşəcəklər

 Azərbaycan millisinin üzvləri AİA-da azarkeşlərlə görüşəcəklər

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçuları - Manə Mollayeva, Yeliz Açar və Nərgiz Əliyeva azarkeşlərlə görüşəcəklər.

"Mediasport" xəbər verir ki, tədbir sabah saat 11:30-da Azərbaycan İdman Akademiyasında keçiriləcək.

İmza günündə yığma üzvləri azarkeşlərlə bir araya gələrək imza paylayacaqlar.

Görüşün keçirilməsində əsas məqsəd azarkeşlərlə milli komanda üzvləri arasında əlaqələrin daha da gücləndirilməsidir.