Təmsilçimiz Avropa Kubokunda iki qələbə ilə 3-cü raunda çıxdı

 Təmsilçimiz Avropa Kubokunda iki qələbə ilə 3-cü raunda çıxdı

Qadın həndbolçulardan ibarət "Kür" komandası EHF Avropa Kubokunda cavab matçını keçirib.

"Mediasport" xəbər verir ki, Mingəçevir təmsilçisi APOEL-i (Kipr) bu dəfə də məğlub edib - 39:13.

II təsnifat mərhələsinin cavab görüşü "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutub.

Ötən gün gün rəqibi üzərində 40:18 hesablı qələbə qazanan mingəçevirlilər bununla 3-cü raunda yüksəliblər.

Bu mərhələdəki rəqib oktyabrın 13-də müəyyənləşəcək.