"Turan Tovuz"dan ayrılan müdafiəçi İsrail klubu ilə müqavilə imzaladı

"Turan Tovuz"dan ayrılan müdafiəçi İsrail klubu ilə müqavilə imzaladı

"Turan Tovuz"dan ayrılan Kauan Martins de Paula karyerasını İsraildə davam etdirəcək.

"Mediasport" xəbər verir ki, 25 yaşlı braziliyalı müdafiəçi "Hapoel Akre" ilə müqavilə imzalayıb.

Martins de Paula ötən mövsümün ikinci yarısını "Turan Tovuz"da keçirib.

"Sambaçı" qərb təmsilçisinin heyətində Premyer Liqada 15 oyuna çıxıb.