Azərbaycan yığması Monteneqroya qarşı - UEFA Millətlər Liqası
 
                                Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti matçını keçirəcək.
"Mediasport" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komandamız C Liqasının 4-cü qrupunda Monteneqro seçməsinin qonağı olacaq.
Görüş Nikşiç şəhərində baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qarşılaşmanı andorralı Marta San Xuan idarə edəcək.
Qeyd edək ki, yığmamız qrupda daha əvvəl bu rəqiblə Bakıda qolsuz bərabərə qalıb, səfərdə Litvanı məğlub edib (2:0).
 
                        
 
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
