Fuad Nəcəfli “Araz-Naxçıvan"ı qələbə münasibətilə təbrik etdi

Fuad Nəcəfli “Araz-Naxçıvan"ı qələbə münasibətilə təbrik etdi

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Araz-Naxçıvan”ı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Yunanıstan təmsilçisi “Aris” üzərindəki tarixi qələbə qazanması münasibətilə təbrik edib.

“Mediasport” xəbər verir ki, o, təbrik mesajını sosial şəbəkə hesablarında paylaşıb.

“UEFA Konfrans Liqasının ilk oyununda “Aris” üzərində 2:1 hesablı qələbə münasibətilə Araz-Naxçıvan komandasını təbrik edirəm. Göstərilən əzm və peşəkarlıq təqdirəlayiqdir. Növbəti qarşılaşmalarda da uğurlar arzulayıram”.