Daha bir idmançımız Çində gümüş medal qazandı - Dünya Oyunları

  Daha bir idmançımız Çində gümüş medal qazandı - Dünya Oyunları

Çinin Çendu şəhərində 12-ci Dünya Oyunları davam edir.

"Mediasport" xəbər verir ki, kikboksinq üzrə mübarizə aparan idmançımız Amin Quliyev (63,5 kq) gümüş medal qazanıb.

Buna qədər karateçi İrina Zaretska, akrobatika üzrə Daniyel Abbasov-Murad Rəfiyev cütlüyü, tamblinq üzrə yarışda Tofiq Əliyev də ikinci olub.

Dünya Oyunları avqustun 17-dək davam edəcək.