Azərbaycan Əvəzedicilər Liqasında 2025-26 mövsümünün püşkü atıldı

Azərbaycan Əvəzedicilər Liqasında 2025/2026 mövsümünün püşkatma mərasimi keçirilib.
"Mediasport" xəbər verir ki, tədbir Peşəkar Futbol Liqasının (PFL) inzibati binasında təşkil olunub.
Mərasimdə PFL-in texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev, komandaların nümayəndələri iştirak etdiblər.
10 komandanın iştirakı ilə 3 dövrəli sistemlə keçiriləcək turnirin 1-ci və 19-cu turlarının (III dövrənin) püşkləri atılıb.
Azərbaycan Əvəzedicilər Liqası. 2025/2026 mövsümü
1-ci tur
"Qəbələ-2" - "Kəpəz-2"
"Zirə-2" - "Neftçi-2"
"Şamaxı-2" - "Qarabağ-2"
"Sumqayıt-2" - "Araz Naxçıvan-2"
"Sabah-2" - "Turan Tovuz-2"
19-cu tur
"Sabah-2" - "Sumqayıt-2"
"Şamaxı-2" - "Araz Naxçıvan-2"
"Qarabağ-2" - "Neftçi-2"
"Zirə-2" - "Qəbələ-2"
"Turan Tovuz-2" - "Kəpəz-2"