400 min avro dəyəri olan hücumçu "Neftçi" ilə müqavilə bağlayacaq

400 min avro dəyəri olan hücumçu "Neftçi" ilə müqavilə bağlayacaq

"Neftçi" heyətini gücləndirməyə hazırlaşır.

"Mediasport" xəbər verir ki, bir müddətdir gündəmdə olan Breno Almeydanın transferi məsələsi yenidən aktiv fazaya keçib.

"Goal.philenews.com" portalına inansaq, bakılılar "Etnikos"da çıxış edən braziliyalı hücumçunun keçidini artıq rəsmiləşdirmək üzrədirlər.

Bildirilir ki, "ağ-qaralar" vinger üçün Kipr klubuna təzminat ödəməyə razılaşıblar.

Xatırladaq ki, nüfuzlu "Transfermarkt"da "sambaçı"nın transfer dəyəri 400 min avro göstərilib.

Almeyda 2024-cü ilin yayından formasını geyindiyi "Etnikos"un heyətində bu mövsüm 14 rəsmi oyun keçirib, 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.