"Qarabağ" "Sabah"la oyun üçün xanım azarkeşlərinə jest etdi
“Qarabağ” xanım azarkeşlərinə jest edib.
"Mediasport" xəbər verir ki, Ağdam klubunun Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində aprelin 3-də “Sabah”la baş tutacaq ev oyununa giriş "atlılar"ın zərif cins azarkeşləri üçün pulsuz olacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq.
