"Qarabağ"la oyun öncəsi səfərdə "Mançester Siti"yə uduzdular

"Qarabağ"la oyun öncəsi səfərdə "Mançester Siti"yə uduzdular

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi "Nyukasl Yunayted" İngiltərə Premyer Liqasında növbəti matçını keçirib.

"Mediasport" xəbər evrir ki, Eddi Haunun baş məşqçisi olduğuy "sağsağanlar" Ağdam klubu ilə cavab qarşılaşması öncəsi səfərdə "Mançester Siti" ilə görüşüblər.

Oyun "şəhərlilər"in qələbəsilə yekunlaşıb - 2:1.

"Nyukasl" - "Qarabağ" görüşü fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtilə saat 00:00-da start götürəcək.

Bakıda reallaşan ilk dueldə ingilislər qələbə qazanıblar (6:1).