54 federasiya UEFA-ya "ok" verdi, çağırışı yalnız AFFA dəstəkləmədi
AFFA FİFA-nın rəhbərliyində islahatların aparılması ilə bağlı UEFA və Avropanın digər milli assosiasiyalarının mövqeyini dəstəkləməyib.
"Mediasport" xəbər verir ki, bu barədə UEFA-nın yaydığı açıqlamada bildirilib.
UEFA-ya üzv 54 milli assosiasiya FİFA-nın idarəetmə sistemində islahatların aparılması ilə bağlı ümumi mövqeyə gəlsə də, təşəbbüsü dəstəkləməyən yeganə assosiasiya AFFA olub.
Qeyd edək ki, hazırda FİFA-ya 2016-cı ildən Canni İnfantino rəhbərlik edir.
Qurum prezidentliyinə növbəti seçki 2027-ci ilin martında Mərakeşdə keçiriləcək.

