"Qarabağ" birbaşa ÇL-in Liqa mərhələsinə vəsiqə ala bilər

"Qarabağ" birbaşa ÇL-in Liqa mərhələsinə vəsiqə ala bilər

"Qarabağ" cari mövsüm yenidən Azərbaycan çempionu olsa, birbaşa UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edə bilər.

"Mediasport" xəbər verir ki, bu barədə “Football Meets Data” portalı məlumat yayıb.

Hesablamalara əsasən, Ağdam klubunun az da olsa, şansı var.

Çempionlar Liqasının Liqa raunduna UEFA reytinqində ilk "10-luq"da yer alan ölkələrin çempionları birbaşa yollanır.

10-cu pillədən sonra qərarlaşmış ölkələrin komandaları isə çempionlar yolundan lisenziya uğrunda yarışırlar.

Lakin hər il bu klublardan biri - ən yüksək reytinqə malik olanı əsas mərhələyə birbaşa getmək fürsəti qazanır.

Bu komanda ölkəsinin çempionu və ən yüksək reytinqə malik olmalıdır.

Norveçdə yüksək reytinqli “Budö Qlimt”in ölkə çempionu ola bilməyəcəyi dəqiqləşdiyindən “Qarabağ” sözügedən siyahıda 9-cu sıraya qalxıb.

Siyahının hazırkı lideri “Reyncers” isə hələlik davam edən Şotlandiya Premyer Liqasında zirvəni 9 xalla “Harts”a uduzur.

Bu gedişatla mövsümün sonunda Qurban Qurbanovun komandasının şansı reallaşa bilər. Onunçün mövsümün sonunu gözləmək lazımdır.

Yəni, riyazı hesablamalara və statistik faktlara görə, şansımız az da olsa, var.