Niderland klublarının futbolçuları millimizlə oyuna dəvət aldılar

21 yaşadək futbolçular arasında AVRO-2027-nin seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 10-da Azərbaycan yığmasını qəbul edəcək Çexiya milli komandasının heyəti açıqlanıb.
"Mediasport" xəbər verir ki, baş məşqçi Mixal Bilek düşərgəyə 23 futbolçu çağırıb.
Qapıçılar: Kolin Andrev (“Dinamo", Çeşke Budeyoviçe), Viktor Bayer (“Viktoriya” Plzen), Yan Koutni (“Siqma”);
Müdafiəçilər: Ondjey Houdek (“Artis”), Erik Qunal (“Dukla”), Yan Hitri, Albert Labik (hər ikisi “Karvina”), Mikulaş Koneçnı (“Pardubitse”), Yan Paluska (“Viktoriya” Plzen), Adam Şevinski (“Sparta” Praqa);
Yarımmüdafiəçilər: Lukaş Ambros (“Qurnik”, Polşa), Aleksandr Bujek (“Karvina”), Marek Havran, Ondjey Kriçfaluşi, David Planka (hamısı "Banik”), Tomaş Jelinek (“Slaviya” Praqa), Tom Slonçik (“Hradeç"), Matey Şin (AZ, Niderland), Matey Jitnı (“Dukla”);
Hücumçular: Yannik Eduardo (“Dordrext”, Niderland), Lukaş Maşek (“Slovan” Liberets), Matey Mikulenka (“Siqma”), Matyaş Voyta (“Mlada”)
QEYD: Karvina şəhərində baş tutacaq Çexiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.