Sarıyeva öz rekordunu yenilədi, final mərhələsinə çıxa bilmədi

 Sarıyeva öz rekordunu yenilədi, final mərhələsinə çıxa bilmədi

Azərbaycan idmançısı Yekaterina Sariyeva İngiltərənin Birmingem şəhərində keçirilən atletika üzrə Avropa çempionatında üçtəkanla tullanma növündə ölkə rekordunu yeniləyib.

Azərbaycan Atletika Federasiyasından "Mediasport"a verilən məlumata görə, təmsilçimiz 13,91 metr nəticə göstərib.

Lakin o, qitə birinciliyində final mərhələsinə yüksələ bilməyib.

Qeyd edək ki, əvvəlki Azərbaycan rekordu (13,89 metr) da Y.Sariyevaya məxsus idi.