Azərbaycanlı hakim "Qarabağ"ın avrokubok matçına təyinat aldı

Azərbaycanlı hakim "Qarabağ"ın avrokubok matçına təyinat aldı

UEFA Gənclər Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) matçının hakim təyinatları açıqlanıb.

"Mediasport" xəbər verir ki, görüşü Belarusdan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Baş hakimi Amin Kurqxeli olacaq. Yan xətt hakimləri funksiyasını Yuri Xomçanka və Viktor Qeçikov yerinə yetirəcək.

Dördüncü hakim kimi isə azərbaycanlı Fərid Hacıyev işləyəcək.

Oktyabrın 1-də baş tutacaq qarşılaşma “Azersun Arena”da keçiriləcək və saat 14:00-da start götürəcək.