Azərbaycan klubu avrokubok öncəsi Zinəddini transfer etdi

UEFA Avropa Liqasına hazırlaşan "Sabah" növbəti transferini reallaşdırıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan Kubokunun qalibi Əlcəzair əsilli fransalı Zinəddin Uld Xalidlə anlaşıb.
Avroliqada debüt edəcək "bayquşlar" 25 yaşlı yarımmüdafiəçi ilə iki illik müqaviləni razılaşdırıblar.
Son mövsümü Fransada keçirmiş Xalidin "Anje" ilə anlaşması başa çatdığından Azərbaycan klubuna keçidi azad agent kimi baş tutub.
2020-ci ildən Əlcəzair milli komandalarına dəvət alan futbolçu yığmalarda ümumilikdə 42 oyun keçirib, 1 qol vurub.