Jeremi Frimponq: "Qarabağ"ın nə qədər güclü olduğunu bilirəm"
“Bayer”də oynayanda "Qarabağ"la qarşılaşmışıq. Həmin matçları yaxşı xatırlayıram. Son dəqiqələrdə vurduğumuz qollarla qalib gəlmişdik".
"Mediasport" xəbər verir ki, bu sözləri "Liverpul"un futbolçusu Jeremi Frimponq deyib.
İngiltərə klubunun niderlandlı vingeri sabah UEFA Çempionlar Liqasının 8-ci turu çərçivəsində "Enfild"də baş tutacaq "Liverpul" - "Qarabağ" oyunundan əvvəl keçirilən mətbuat konfransında iştirak edib.
O, Liqa mərhələsinin ağdamlılarla son tur görüşünün çətin olacağını bildirib:
"Rəqibimizin nə qədər güclü olduğunu yaxşı bilirəm. Sabahkı oyunun asan olmayacağını anlayırıq. "Qarabağ"ın əsl Çempionlar Liqası səviyyəsində komanda olduqlarına şübhə yoxdur”.
Xatırladaq ki, görüş sabah Bakı vaxtilə saat 00:00-da start götürəcək.
