"Gənclərimiz onlara göstərdiyimiz etimadı tam doğrultmurlar"
"Üzücü məğlubiyyət oldu. Göstərdiyimiz oyunu nəzərə alsaq, məğlubiyyəti haqq etmirdik. Çempionat oyununda bu qədər qol epizoduna girib dəyərləndirə bilmədiyimiz matçı xatırlamıram. Təəssüf ki, son nöqtəni qoya bilmədik".
"Mediasport" xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 16-cı turunun "Araz-Naxçıvan"la səfər oyunu ahqda danışıb:
"İndiyə qədər topladığımız xal pis deyil. Amma daha da yaxşı ola bilərdi. Bəlkə də futbolçularımızdan çox şey istəyirik.
Bu gün təəssüf ki, gənc futbolçularımız onlara göstərdiyimiz etimadı tam doğrultmur. Biz onların gələcəyini düşünərək, daha böyük şeylər fikirləşirik. Amma bu oyunlarda bu qədər epizoda girib istifadə edə bilməməkləri bizi üzür.
Qış fasiləsinə gedirik. Fasilədən sonra yenə də gərgin çempionat olacaq. İstəyərdik ki, bu gün xal fərqimizi artıraq, 6-cı pilləyə, ya da daha irəliəy yüksələk. Amma demək ki, futbolçularımız buna hələ tam hazır deyil.
Özlərinə inanmaqları vacibdir. "Araz-Naxçıvan"ı təbrik edirəm, vacib qələbə qazandılar. Onlara da uğurlar arzulayıram".
Xatırladaq ki, "Şamaxı" ilin son oyununda Naxçıvan təmsilçisinə səfərdə 0:2 hesabı ilə məğlub olub.
