"Qarabağ" dünya sıralamasında 14 pillə irəlilədi - YENİ REYTİNQ

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni reytinqini açıqlayıb.
"Mediasport" xəbər verir ki, Azərbaycandan ən yaxşı göstəriciyiə malik "Qarabağ" sıralmaada 14 pillə irəliləyib.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 171 xalla 82-ci pilləyə yüksəlib.
"Sabah" 81 xalla 302-ci yerdən 296-cı sıraya qalxıb.
"Araz-Naxçıvan" (66.5) 391-ci, "Zirə" (65.5) isə 407-ci pillədə qərarlaşıb.
Plantin reytinqinə 537 xalla Fransanın PSJ klubu başçılıq edir.