"Turan Tovuz" Türkiyədə İran milli komandası ilə qarşılaşacaq
Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Turan Tovuz"un yoxlama oyunlarındakı rəqiblərindən biri məlum olub.
"Mediasport" xəbər verir ki, Kurban Berdıyevin komandası iyulun 17-də İranın 21 yaşlılardan ibarət yığma komandası ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.


