"Düşünürəm ki, din mövzusuna toxunmağım doğru deyildi"

"Düşünürəm ki, din mövzusuna toxunmağım doğru deyildi"

"Düşünürəm ki, din mövzusuna toxunmağım doğru deyildi. Son iki oyunda baş verən hadisələr fonunda bir qədər emosiyalara qapıldım".

"Mediasport" xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.

Mütəxəssis Premyer Liqanın 10-cu turunun "Neftçi" ilə səfər oyunundan sonra mətbuat konfransında söylədiyi fikirlərdə emosionallığa yol verdiyini bildirib:

“İmişli” ilə görüşdə aldığımız qırmızı vərəqə, eləcə də bu oyunda verilən şübhəli 11 metrlik cərimə zərbəsi müəyyən narazılığa səbəb oldu.

Hakimlər də insandır, onların da səhv etməsi mümkündür. Futbol emosiyalar üzərində qurulan bir oyundur. Artıq hər şey geridə qalıb. Qarşıdakı oyunlara köklənərək, çempionatda istədiyimiz nəticələri qazanmağa çalışacağıq".

Xatırladaq ki, baş məşqçi "Neftçi"yə 1:5 hesablı məğlubiyyətdən sonra "Çox şey danışmaq istəmirəm. Bilirəm ki, dinimizdə də üç hakimdən ikisi cəhənnəmlikdir. Verdikləri qərarlar onlara “yedizdiriləcək" kimi ifadələr işlədib.