Millimiz səfərdə İslandiya ilə qarşılaşır - Avropa çempionatı
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi bu gün AVRO-2029-un seçmə mərhələsində növbəti oyununu keçirəcək.
"Mediasport" xəbər verir ki, yığmamız 3-cü tur çərçivəsində İslandiya səfərində meydana çıxacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
Xatırladaq ki, basketbolçularımız qrupda əvvəlki iki görüşdə İrlandiya (73:91) və İsveçrəyə (33:84) məğlub olublar.

