"AFFA, milli komanda, bütövlükdə Azərbaycan futbolu "Qarabağ"dır!"

"AFFA, milli komanda, bütövlükdə Azərbaycan futbolu "Qarabağ"dır!"

"Təbriklər! Çempionlar Liqasının himni Azərbaycanda yenidən səslənəcək! AFFA da, milli komanda da, bütövlükdə Azərbaycan futbolu da "Qarabağ"dır!"

"Mediasport" xəbər verir ki, bu fikirlər Millət vəkili Fazil Mustafaya məxsusdur.

Deputat UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" və "Ferensvaroş" arasında baş tutan cavab qarşılaşmasından sonra (3:1, 2:3) sosial şəbəkə hesabında "köhlən atlar"ın turnirin liqa mərhələsinə vəsiqə qazanması haqqında paylaşım edib:

"Bu zəfəri qazanan məşqçi Azərbaycan övladıdır. Braziliyada, Portuqaliyada, Almaniyada gedib xilaskar axtarmayın! Qurban Qurbanov təkcə əcnəbilərə dərs vermir, həm də futbolumuzu bataqlığa gömən diletantlara da göz dağı verir! Bu arada, "Kayrat" (Qeyrət) komandasını da təbrik edirəm. Qazax türkünün komandası da bizim fəxrimizdir".

Xatırladaq ki, təmsilçimizin qitənin nüfuzlu klub turnirinin əsas mərhələsindəki rəqibləri bu gün saat 20:00-da keçiriləcək püşkatmadan sonra müəyyənləşəcək.