"Hansı futbolçunun nə qədər oynayacağı bizə də maraqlıdır"

"Hansı futbolçunun nə qədər oynayacağı bizə də maraqlıdır"

"Bütün futbolçular nəzarətimizdədir. Premyer Liqa da artıq start götürüb. Hansı futbolçunun klubunda nə qədər oynayacağı bizə də maraqlıdır".

Bu sözləri "Mediasport"a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis Avropa çempionatının seçmə mərhələsinin oyunları haqqında fikirlərini bölüşüb:

"Bizi səfərdə Portuqaliyaya qarşı çətin oyun gözləyir. Doğma azarkeşlər önündə isə Bolqarıstanla qarşılaşacağıq. Futbolçuların çıxışlarına əsasən, milli komandada heyəti formalaşdıracağıq".

Portuqaliya (U-21) - Azərbaycan (U-21) oyunu sentyabrın 5-də Barseluş şəhər stadionunda təşkil olunacaq və Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

U-21 milli komandamız sentyabrın 9-da seçmə mərhələnin ikinci turunda "Dalğa Arena"da Bolqarıstan yığması ilə qarşılaşacaq.