Mourinyo: "İki gün əvvəl "Qarabağ"a uduzduğumuz kimi uduza bilmərik"

"Həmişə qazanmaq istəyirik. Amma iki gün əvvəl "Qarabağ"a uduzduğumuz kimi uduza bilmərik. Bu, "Benfika" deyildi".
"Mediasport" xəbər verir ki, bu fikirləri Portuqaliyanın "Benfika" klubunun yeni baş məşqçisi Joze Mourinyo səsləndirib.
Portuqaliyalı mütəxəssis Lissabon klubunun 3 gün əvvəl UEFA Çempionlar Liqasında "Qarabağ"a məğlubiyyətinə toxunub:
"Benfika" "Fənərbağça" ilə görüşdə 30 dəqiqə bir nəfər azlıqda oynayan və sonda lazım olan nəticəni qazanan komandadır. Məhz bu, mənim tanıdığım “Benfika”dır".
Xatırladaq ki, Azərbaycan çempionunun səfərdə 3:2 hesablı qələbəsindən sonra baş məşqçi Brunu Laji istefaya göndərilib, yerinə Joze Moruinyo gətirilib.