Azərbaycanda iki çempionatın püşkatma mərasimi keçirildi

 Azərbaycanda iki çempionatın püşkatma mərasimi keçirildi

AFFA-nın bayrağı altında təşkil edilən Gənclər Liqası və U-17 Liqada 2026/2027-ci illər mövsümünün püşkü atılıb.

"Mediasport" xəbər verir ki, tədbir AFFA-nın inzibati binasında keçirilib.

Hər iki liqa 14 komandanın iştirakı ilə keçiriləcək.

Komandalar A və B qruplarına bölünüblər. Hər qrupda 7 komanda mübarizə aparacaq.

Liqalarda I turun oyunları avqustun 22-23-də keçiriləcək.

 
Gənclər Liqası. 1-ci tur


A qrupu

“Qəbələ” – “Sumqayıt”

“Sabah” – “Qarabağ”

“Zirə” – “Araz-Naxçıvan”

Qeyd: “Neftçi” turu buraxacaq.


B qrupu

“Şəfa” – “Dinamo” (Bakı)

“Turan Tovuz” – “İmişli”

“Şamaxı” – “Lion”

Qeyd: “Kəpəz” turu buraxacaq.

 
U-17 Liqa. 1-ci tur


A qrupu

“Sabah” – “Qarabağ”

“Zirə” – “Qəbələ”

“Sumqayıt” – “Turan Tovuz”

Qeyd: “Neftçi” turu buraxacaq.


B qrupu

“Şəfa” – “Dinamo” (Bakı)

“Şamaxı” – “İmişli”

“Araz-Naxçıvan” – “Kəpəz”

Qeyd: EFA turu buraxacaq.