"Şamaxı" məşqçiləri ilə vidalaşdı
Baş məşqçi Ayxan Abbasovun "Şamaxı"dan ayrılmasından sonra bölgə təmsilçisi daha 6 məşqçisi ilə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, əyalət klubu məşqçilər korpusunda yer alan Elnur Çodarov, Xəyal Qarayev, Vüsal Qarayev, Kamil Qafarov, Anar Vəliyev və Əyyub Əliyevlə vidalaşıb.
Həmin məşqçilərlə başa çatan müqavilə yenilənməyib.
Xatırladaq ki, "Şamaxı" 2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasını 38 xalla 8-ci pillədə başa vurub.


