Premyer Liqadan ayrılan daha bir futbolçu 1-ci Liqada oynayacaq

1-ci Liqada yarışacaq “Səbail” növbəti transferini açıqlayıb.
"Mediasport" xəbər verir ki, Bayıl klubu Səbayıl Bağırovu rənglərinə bağlayıb.
30 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.
Bağırov ötən mövsüm Premyer Liqada "Şamaxı"nın formasını geyinib.