AFFA-da yeni təyinat - FOTO

 AFFA-da yeni təyinat - FOTO

AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsində struktur dəyişikliyi həyata keçirilib.

"Mediasport" xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb:

Şöbə rəisi Elnur Məmmədli ilə əməkdaşlığa yekun vurulub. Ona fəaliyyət dövründə göstərdiyi xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Mətbuat və İctimaiyyətləəlaqələr şöbəsinin rəhbəri vəzifəsinin icrası müvəqqəti olaraq Murad Axundova həvalə olunub.