Azərbaycanı Qubadakı beynəlxalq turnirdə bu klublar təmsil edəcək

Qubada 12 yaşlı futbolçular arasında II "Ulduz Cup" beynəlxalq turniri keçiriləcək.
"Mediasport" xəbər verir ki, turnir Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq.
Yarışda Azərbaycanı "Ulduz", "Qarabağ" və "Sabah" klubları təmsil edəcək.
Bununla yanaşı, turnirdə "Trabzonspor məktəb" və "Başakşəhər" (hər ikisi Türkiyə), "Dinamo Tiflis" (Gürcüstan), "Paxtakor" və "Bunyodkor" (Özbəkistan), "Sduşorsi" (Qırğızıstan), "Aspire Akademiyası" (Qətər), "Şaxtyor" (Qazaxıstan) təmsil edəcək.