AFFA hakimləri söyən klub rəsmisinə 4 oyunluq cəza verdi

 AFFA hakimləri söyən klub rəsmisinə 4 oyunluq cəza verdi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) hakimləri təhqir edən beş nəfəri cəzalandırıb.

"Mediasport" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA Region Liqasında hakimləri təhqir edən "Real"ın rəsmisi Nahid Səmədov və "Şirvanovka"nın futbolçusu Loğman Camirzəyev 4, "Naxçıvan"ın oyunçusu Əbdül Əbdülov isə 5 oyunluq diskvalifikasiya olunublar.

Qurum U-13 Liqasında iki məşqçini də eyni səbəbdən cəzalandırıb.

İCBFA komandasının baş məşqçisi Zahid Məmmədov və "Hacıqabul"un məşqçisi Xudat İsrafilov 4 oyunluq diskvalifikasiya edilib.