İntizam Komitəsi Premyer Liqa təmsilçisinin cəzasını açıqladı

AFFA İntizam Komitsinin iclası keçirilib.
"Mediasport" xəbər verir ki, Azərbaycan Premyer Liqasının 1-ci turunun "Karvan-Yevlax" - "Qəbələ" oyununda "Qəbələ" klubunda 4 nəfər sarı vərəqə aldığı üçün "Qəbələ" klubu 700 manat cərimə edilib.
Əvəzedicilər liqasının 1-ci turunun "Zirə-2" - "Neftçi-2" oyununun 90+4-cü dəqiqəsində "Zirə-2" komandasının 27 nömrəli futbolçusu Murad Ələkbərov təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, "Zirə-2" komandası 300 manat cərimə edilib.
Əvəzedicilər liqasının 1-ci turunun "Zirə-2" - "Neftçi-2" oyununda "Neftçi-2" komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün "Neftçi-2" komandası 70 manat cərimə edilib.
Əvəzedicilər liqasının 1-ci turunun "Şamaxı-2" - "Qarabağ-2" oyununun 51-ci dəqiqəsində "Qarabağ-2" komandasının 25 nömrəli futbolçusu Cavid Məlikov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, "Qarabağ-2" komandası 100 manat cərimə edilib.
Əvəzedicilər liqasının 1-ci turunun "Qəbələ-2" - "Kəpəz-2" oyununda hakim-inspektor matçın videoyazısı ilə təmin edilmədiyinə görə "Qəbələ-2" komandası 100 manat cərimə edilib.
Əvəzedicilər liqasının 1-ci turunun "Sabah-2" - "Turan Tovuz-2" oyunu "Turan Tovuz-2" komandasının matça gec gəlməsi səbəbindən 30 dəqiqə gec başladığına görə "Turan Tovuz-2" komandası 300 manat cərimə edilib.
Əvəzedicilər liqasının 1-ci turunun "Sabah-2" - "Turan Tovuz-2" oyununda "Turan Tovuz-2" komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün "Turan Tovuz-2" komandası 70 manat cərimə edilib.
Əvəzedicilər liqasının 1-ci turunun "Sabah-2" - "Turan Tovuz-2" oyununda "Sabah-2" komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün "Sabah-2" komandası 70 manat cərimə edilib.