Yamal, Keyn, Olise, Bellingem, De Brüyne Mahirlə eyni komandada

Yamal, Keyn, Olise, Bellingem, De Brüyne Mahirlə eyni komandada

UEFA Millətlər Liqasının qrup mərhələsində parlayan və komandalarının uğurlarında əsas pay sahibi olan ən yaxşı futbolçulardan ibarət rəmzi heyət açıqlanıb.

"Mediasport" xəbər verir ki, “WhoScored” nəşrinin tərtib etdiyi "11-liy"ə Azərbaycan milli komandasından Mahir Emreli düşüb.

D Liqasının 2-ci qrupunda mübarizə aparan yığmamızın forvardı 7,84 reytinq xalı qazanıb.

O, simvolik yığmanın ön xəttində İngiltərə millisinin kapitanı Harri Keynlə tandem təşkil edib.

Yarımmüdafiədə Yamal, Bellingem, Olise, De Brüyne kimi ulduzların adları yer alır.

Xatırladaq ki, karyerasını Polşanın "Rakuv" klubunda davam etdirən Mahir turnirdə 4 keçirdiyi oyunların hamısında 90 dəqiqə meydanda olub, rəqib qapılarına 21 zərbə endirib, 2 qol vurub.

Komanda yoldaşlarına 13 açar ötürmə verən hücumçu rəqiblərin cərimə meydançasında 36 açar toxunuş və 10 uğurlu driblinqlə yadda qalıb.

O, hücumdakı aktivliyi ilə yanaşı, müdafiəyə də dəstək olaraq 7 "təmizləmə", 6 müdaxilə, 6 hava mübarizəsində uğurlu olub, rəqibin 3 mühüm ötürməsinin qarşısını kəsməklə komanda oyununa hərtərəfli töhfə verib.

Azərbaycan millisi qrupda Litva və Lixtenşteyn kollektivlərinin hərəsini 1 dəfə məğlub (1:0) edib, 1 dəfə heç-heçəyə razı olub.