"Sabah" rəsmisi fasilədə hakimlər briqadasının üzərinə şığıdı

"Sabah" rəsmisi fasilədə hakimlər briqadasının üzərinə şığıdı

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Sabah" - "Qarabağ" matçında meydandan kənarda da qalmaqal yaşanıb.

"Mediasport" xəbər verir ki, Masazır klubunun direktoru Ramin Həsənov fasilədə hakimlərin otağına tərəf şığıyıb.

Bu barədə məlumatı tanınmış idman jurnalisti Xanoğlan İmanov paylaşıb.

O, qeyd edib ki, klub rəsmisi baş hakim Rəvan Həmzəzadənin üstünə qışqıraraq yüksək tonda "Bizə niyə bu qədər sarı vərəqə verirsən" deyə sərt formada iradını bildirib.

Xatırladaq ki, baş hakim birinci hissədə "Sabah"ın 4 futbolçusuna sarı vərəqə göstərib.

Referi ilk yarıda "Qarabağ"ın qapıçısı Mateuş Koxalskini isə meydandan qovub.

Rəvan Həmzəzadə görüşün son saniyələrində müəmmalı qərarı ilə qonaqların penaltisini verməyib və 2:1 hesablı qələbə qazanan "Sabah" iki oyunun nəticəsinə əsasən finala yüksəlib.