“Turan Tovuz” - “Fənərbaxça”: Fiziki biletlər satışa çıxarıldı

 “Turan Tovuz” - “Fənərbaxça”: Fiziki biletlər satışa çıxarıldı

Sabah Bakıda keçiriləcək “Turan Tovuz” - “Fənərbaxça” yoldaşlıq oyununun fiziki biletləri satışa çıxarılıb.

"Mediasport" xəbər verir ki, azarkeşlər biletləri bu gün saat 18:00-dək əldə edə bilərlər.

Sabah isə matç başlayana qədər biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.

Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Məlumata görə, görüş üçün 25 mindən çox bilet satılıb. Arenanın azarkeş tutumu 31100 nəfərlikdir.